Modern.az

Aquero "Mançester Siti" ilə vidalaşdı - FOTO

Aquero "Mançester Siti" ilə vidalaşdı - FOTO

Aktual

31 May 2021, 00:27

İngiltərə çempionu "Mançester Siti"nin argentinalı hücumçusu Serxio Aquero Çempionlar Liqasının finalında "Çelsi" yə 0:1 hesablı məğlubiyyətdən sonra Mankunian klubu ilə vidalaşıb.

 

Modern.az xəbər verir ki, futbolçu bununla bağlı tvitterdə paylaşım edib.

 

“Bu komandadan və uzun illər burada oynayan futbolçulardan qürur duyuram. "Manchester City" əbədi olaraq ürəyimdədir" - deyə S.Aquero yazıb.

 

Qeyd edək ki, 32 yaşlı futbolçunun "Barselona" ilə iki illik müqavilə imzalayacağı gözlənilir. O, Kataloniya klubuna sərbəst agent kimi qatılacaq.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri