Modern.az

Bakıda məhkəmə hakimi arvadını ÖLDÜRDÜ

Bakıda məhkəmə hakimi arvadını ÖLDÜRDÜ

Aktual

31 May 2021, 08:39

Bakıda məhkəmə hakimi arvadını öldürüb.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.

 

Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.

 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

 

Məlumata görə, cütlüyün 3 övladı var.

 

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri