Modern.az

Zidan “Real Madrid”dən ayrılma səbəbini AÇIQLADI

Zidan “Real Madrid”dən ayrılma səbəbini AÇIQLADI

Aktual

31 May 2021, 11:47

Zinəddin Zidan İspaniyanın "Real Madrid" komandasının baş məşqçi postundan ayrılmasının səbəbini açıqlayıb.

 

Modern.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bu barədə paytaxt təmsilçisinin azarkeşlərinə ünvanladığı açıq məktubunda bildirib.

 

Fransalı baş məşqçi klub rəhbərliyinin inamsızlığı və dəstəyi olmadığı üçün istefa verdiyini yazıb.

 

Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"ə 2019-cu ildən başçılıq edirdi. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasının sükanı arxasında olub. Klub təcrübəli mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasını və 2 dəfə La Liqanı qazanıb. Komanda 2020/2021 mövsümünü isə gümüş medalla başa vurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı