Modern.az

Deputatın kəndlərə səfəri davam edir

Deputatın kəndlərə səfəri davam edir

Aktual

11 İyun 2021, 12:44

Deputat Novruz Aslanov hər il olduğu kimi bu il də yay aylarında İsmayıllı rayonunun kəndlərində seçiciləri üçün səyyar qəbullar keçirir.

 

İyunun 10-da deputat İsmayıllı rayonuna növbəti səfərini edib. Millət vəkili rayonun Gideyli, Kürdeldarbəyli, Hacıhətəmli və Mollaisaqlı kəndlərində seçiciləri ilə görüşüb. Qəbullar pandemiya qaydalarına uyğun olaraq keçirilib. Qəbulda iştirak edən sakinlər məşğulluqla və təhsil ilə bağlı məsələlərlə yanaşı fərdi məsələlərlə də bağlı deputata müraciətlər ediblər.

Bəzi məsələlər operativ olaraq həll edilib, əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınaraq aidiyyəti üzrə müraciətlərin ediləcəyi bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı