Modern.az

Nazir vergi daxilolmaları barədə məlumat verdi

Nazir vergi daxilolmaları barədə məlumat verdi

Aktual

21 İyun 2021, 13:00

“İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tədbiqi müsbət nəticələr verir”.

 

Modern.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

 

O bildirib ki, bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 milyard manatdan çox olub:

 

“Daxilolmalar üzrə proqnoz 127,1 faiz icra edilib. Artım əsasən qeyri neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 754 000 000 manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471 800 000 manat ödənilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?