Modern.az

Güləşçimiz dünya çempionatında bürünc medal qazandı

Güləşçimiz dünya çempionatında bürünc medal qazandı

Aktual

20 İyul 2021, 23:40

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, dünya çempionatında 55 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Cavid Cavadov mübarizəyə səkkizdbir finaldan başlayıb və debütdə qazaxıstanlı həmkarı ilə bacarmayıb.

 

Rəqib finala yüksəldiyi üçün C.Cavadov iyulun 20-də təsəlliverici görüşə çıxıb. Gürcü güləşçiyə qalib gələn təmsilçimiz sonuncu qarşılaşmada Hindistan pəhləvanından güclü olub və bürünc medalı boynundan asıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi