Modern.az

"Ağdama gedəndə gözlərimə inana bilmədim" - Allahşükür Paşazadə 

Aktual

21 İyul 2021, 10:44

"Bu il biz iki bayramı qeyd edirik. Həm qələbəmizi, həm də Qurban bayramın. Şükür Tanrıya ki, bu günü bizə qismət etdi".

 

Modern.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Təzəpir Məscidində bayram namazı zamanı deyib.

 

A.Paşazadə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev başda olmaqla şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi:

 

“Biz işğaldan azad edilən ərazilərə gedirik, ermənilər ərazilərimizi yerlə yeksan edib. Ağdama gedəndə gözlərimə inana bilmədim. Düşmən Ağdamı viran qoyub.

A.Paşazadə bildirib ki, Ağdamı görəndə adamın ürəyi ağrıyır:

“O yerləri o cür, dağıdılmış halda görmək adama təsir edir. Prezident həzrətləri bütün çıxışlarında buyurur ki, biz o yerləri bərpa edəcəyik. Tezliklə biz dədə-baba torpaqlarımıza qayıdacağıq.

İnanıram ki, işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış bütün məscidlərimiz, məbədlərimiz, evlərimiz, ziyarətgahlarımız, qəbirlərimiz bərpa olunacaq".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?