Modern.az

Ağdama getmək istəyən 3 nəfər saxlanıldı

Ağdama getmək istəyən 3 nəfər saxlanıldı

Aktual

21 İyul 2021, 11:06

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunmuş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə almadan nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a bildiriblər ki, iyulun 20-si saat 16 radələrində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində üç nəfər Ağcabədi rayon sakini işğaldan azad edilmiş və minalardan təmizlənməmiş Çıraqlı kəndi ərazisinə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar. Polis şöbəsinə gətirilən həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb. Mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə həmin şəxslərə xəbərdarlıq edilib.

Saxlanılan şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilərək baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?