İyulun 21-də Yaponiya paytaxtında “Tokio-2020” Yay Olimpiya Oyunları çərçivəsində ilk yarışlar keçirilib.
Modern.az xəbər verir ki, softbol üzrə Yaponiyanın qadınlardan ibarət komandası Fukuşima stadionunda Avstraliya yığmasını 8:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 23-də keçiriləcək. Ənənəvi olaraq, bir sıra yarışlar Oyunların rəsmi açılışından əvvəl başlayır.
Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 23-də keçiriləcək. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.
Azərbaycan XXXII Yay Olimpiya Oyunlarına 44 idmançı ilə qatılıb.