Modern.az

Çempionlar Liqası: “Neftçi” “Olimpiakos”a qarşı   

Çempionlar Liqası: “Neftçi” “Olimpiakos”a qarşı   

Aktual

21 İyul 2021, 11:48

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Neftçi" Yunanıstan səfərində "Olimpiakos"un qonağı olacaq.

 
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk raundda Tbilisi “Dinamo”sunu hər iki matçda 2:1 hesabı ilə məğlub edən Bakı təmsilçisini bu dəfə daha çətin oyun gözləyir.

 

Qeyd edək ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

 

21 iyul

Çempionlar Liqası

 

2-ci təsnifat mərhələsinin ilk oyunu

 

23:00."Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan)
Baş hakim
: Joao Pinyeyru (Portuqaliya)
Pirey, "Georgios Karaiskakis" stadionu.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?