Modern.az

Astarada 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

Astarada 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

Aktual

21 İyul 2021, 13:10

Bu gün Astara rayonunun Rudəkənar kənd sakini, 2005-ci il təvəllüdlü Sumayyə Məmmədovanın özündən 14 yaş böyük bir şəxslə nişan mərasiminin keçiriləcəyi məlumatı yayılıb.

Modern.az-ın məlumatına görə, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova APA-ya bildirib ki, kəndin icra nümayəndəsi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri və Rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasiminin keçirilməsinin planlaşdırıldığı rayonun Rudəkənar kəndində Azad Məmmədova məxsus evə gediblər.

 

Nəticədə mərasimin qarşısı alınıb. S. Məmmədova və valideyni ilə profilaktik söhbət aparılıb, təlimatlar verilib.

 

Faktla bağlı sənədlər hazırlanaraq Astara Rayon Prokurorluğuna göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı