Modern.az

Hacıqabulda “patı” satan şəxs saxlanıldı

Hacıqabulda “patı” satan şəxs saxlanıldı

Aktual

21 İyul 2021, 13:39

Hacıqabul rayonunda "patı" satan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.

 

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı