Modern.az

Daha iki şadlıq sarayında karantin qaydaları pozuldu 

Daha iki şadlıq sarayında karantin qaydaları pozuldu 

Aktual

21 İyul 2021, 16:18

Yevlax Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarına riayət olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki iki şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a bildirilib ki, yoxlamalar zamanı “Ərəş” və “Turan” şadlıq saraylarında təşkil olunan toy mərasimlərinin iştirakçılarının “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədikləri aşkarlanıb.

 

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restoranların cavabdeh şəxsləri barəsində qanuna müvafiq qaydada tədbirlər görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?