Modern.az

“Azercell”dən abunəçilərinə MÜRACİƏT

“Azercell”dən abunəçilərinə MÜRACİƏT

Aktual

22 İyul 2021, 10:04

“Azercell Telekom” MMC abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

 

Modern.az xəbər ki, müvafiq məzmunun Azercell-ə heç bir aidiyyatı yoxdur. Yarana biləcək  əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə reaksiya verməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin  istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalamamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu  müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi