Modern.az

Rüstəm Orucov dörddəbir finala yüksəldi - YENİLƏNİB  

Rüstəm Orucov dörddəbir finala yüksəldi - YENİLƏNİB  

Aktual

26 İyul 2021, 08:32

Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.

 

Modern.az xəbər verir ki, cüdoçumuz səkkizdəbir finalda Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Rəqibinə vazari xalı ilə qalib gələn R.Orucov dörddəbir finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, Rüstəm Orucov onaltıdabir finalda rusiyalı cüdoçu Musa Moquşkovu mübarizədən kənarlaşdırıb. Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.

 

***

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Modern.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla üz-üzə gəlib.

 

Rəqibinə vazari ilə qalib gələn Orucov 1/8 finala yüksəlib.

 

Qeyd edək ki, Rüstəm Orucov Azərbaycan komandasının bayraqdarlarından biridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı