Modern.az

Sürücülərin nəzərinə! - Bu yollarda tıxac var  

Sürücülərin nəzərinə! - Bu yollarda tıxac var  

Aktual

26 İyul 2021, 09:00

Hazırda paytaxt yollarındakı vəziyyət açıqlanıb.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, aşağıdakı yollarda sıxlıq müşahidə olunur:

 

- Bakı-Sumqayıt şossesində (Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində) çox güclü sıxlıq müşahidə olunur);

 - Tbilisi prospekti- əsas yol və köməkçi yolda (20 Yanvar dairəsindən başlayaraq əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində) sıxlıq;

- Qara Qarayev prospekti- əsas yol və köməkçi yolda (Neftçilər metro stansiyasından başlayaraq Koroğlu metro stansiyası istiqamətində) sıxlıq;

- Babək prospektində (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqaməti) sıxlıq;

- Alı Mustafayev küçəsi- əsas yolda (Ziya Bünyadov prospekti istiqamətində) nisbətən sıxlıq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı