Modern.az

Prokuror əsirlərimizə işgəncə verən erməni terrorçulara 20 il iş istədi

Prokuror əsirlərimizə işgəncə verən erməni terrorçulara 20 il iş istədi

Aktual

28 İyul 2021, 16:08

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər son sözlə çıxış ediblər.

 

Onlar təqsirləndirilən şəxslərin ən ağır cəza - ömürlük azadlıqdan məhrum edilməsini istəyiblər.

 

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.

 

Proses avqustun 2-nə təyin edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı