Modern.az

Ağdamdakı İmarət kompleksi bərpa olunacaq

Ağdamdakı İmarət kompleksi bərpa olunacaq

Aktual

29 İyul 2021, 13:16

“Adamda İmarət qəbiristanlığı, Pənahəli xan və İbrahimxəlil xanın, Xurşidbanu Natəvanın türbəsi ilə bağlı geniş məlumatımız, çap olunmuş məqalələrimiz var. Ancaq işğal dövründə ermənilər tərəfindən bu abidələr bərbad vəziyyətə salınıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəz nümayəndələrinin Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov bildirib.

 

A. Məmmədov deyib ki, tam əvvəlki görkəmində olmaqla, tezliklə bu abidələrin bərpası işləri aparılacaq: “İnşallah, bu ərazi yenidən insanların ziyarət yerinə çevriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?