Modern.az

Masallı sakini narkotiklə ələ keçdi

Masallı sakini narkotiklə ələ keçdi

Aktual

29 İyul 2021, 13:34

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Ərkivan qəsəbə sakini Faiq Abdinov idarə etdiyi avtomobildə saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, keçirilən baxış zamanı onun üzərindən və idarə etdiyi avtomobildən külli miqdarda, ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq F.Abdinovun yaşadığı evə keçirilən baxış zamanı oradan 6 kiloqramdan artıq heroin, 1 kiloqram 450 qram tiryək aşkarlanaraq götürülüb.

 

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?