Modern.az

Psixoloji yardım göstərilən şəhid ailələrinin sayı bilindi

Psixoloji yardım göstərilən şəhid ailələrinin sayı bilindi

Aktual

29 İyul 2021, 15:46

Psixoloji yardım göstərilən şəhid ailələrinin sayı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün keçirilən mətbuat konfransında deyib ki, 18 noyabr 2020-ci il tarixində ilk olaraq Gəncə, Bərdə, Tərtər, Yevlax, Ağdam rayonları istiqamətində psixoloji xidmətlərə başlanılıb. Daha sonra bütün ölkə ərazisi əhatə olunub. 

 

Onun sözlərinə görə, 28 fevral 2021-ci il tarixinə kimi psixoloq və psixiatrlar tərəfindən 3 minə yaxın ailəyə səfər edilərək ailə üzvlərinə ilkin psixo-sosial dəstək göstərilib, ailə üzvlərinin psixoloji ehtiyacları müəyyənləşdirilərək onlarla davamlı psixoloji konsultasiyalar keçirilib. Onlardan 2 455-i hərbi şəhid ailəsi, 51-i mülki şəhid ailəsi, 445-i isə yaralı hərbiçilər və onların ailə üzvləri olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı