Modern.az

Nazir Vətən müharibəsi iştirakçısına vəzifə verdi

Nazir Vətən müharibəsi iştirakçısına vəzifə verdi

Aktual

29 İyul 2021, 16:52

Tanınmış jurnalist, Vətən müharibəsinin iştirakçısı Pərviz Aslanov Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifəyə təyin edilib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə nazir, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, P.Aslanov FHN-in Mətbuat xidməti şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunub.

  

Qeyd edək ki, P.Aslanov 29 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində qəhrəmancasına iştirak edib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Jurnalist P.Aslanovun sonuncu iş yeri Lider TV olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?