Modern.az

Parlament sədrləri Füzulidə səfərdə olublar - FOTOLAR

Parlament sədrləri Füzulidə səfərdə olublar - FOTOLAR

Aktual

29 İyul 2021, 18:39

İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər və rəhbərlik etdikləri nümayəndə heyətləri Füzuli rayonuna səfər ediblər.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, əvvəlcə qonaqlar Füzuli şəhərinin mərkəzinə baş çəkiblər.

 

Məlumat verilib ki, Ermənistan işğal altında saxladığı Füzuli şəhərinin bütün infrastrukturu, yaşayış məntəqələri erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb.

 

 

Daha sonra qonaqlar yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər.

 

Qeyd olunub ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhərində və ətraf kəndlərdə inşa ediləcək müxtəlif təyinatlı binalar və bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Burada spikerlər Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?