Modern.az

Azərbaycanın İsraildə ticarət missiyasının açılışı tarixi hadisədir - Səfir

Azərbaycanın İsraildə ticarət missiyasının açılışı tarixi hadisədir - Səfir

Aktual

29 İyul 2021, 20:30

"İsraildə Azərbaycan Ticarət missiyasının açılışı tarixi bir hadisədir".

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin Bakıdakı səfiri Corc Dik tvitterdə yazıb.

 

O qeyd edib ki, bu gün tarixi bir gündür, çünki iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində Azərbaycanın İsraildə heç bir nümayəndəliyi olmayıb.

 

"Bu gün Tel-Əvivdə Azərbaycanın ticarət missiyası açıldı və ilk dəfə olaraq Azərbaycan bayrağı İsraildə dalğalanacaq", - Dik yazıb.

 

Səfir bu tədbirin iki ölkə xalqlarını daha da yaxınlaşdıracağını, əlaqələrin daha yaxın və hərtərəfli inkişafı üçün imkanlar yaradacağını vurğulayıb.

 

Gələn il iki ölkə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcək. Dikin yazdığına görə, bayram tədbirləri həm Azərbaycanda, həm də İsraildə baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?