Modern.az

"Keşlə" və "Sumqayıt" mübarizəni dayandırdı - Konfrans Liqası

Aktual

29 İyul 2021, 22:41

Azərbaycan təmsilçiləri “Sumqayıt” və “Keşlə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, paytaxt təmsilçisi Rusiyanın “Soçi” klubunu qəbul edib.

 

“ASK Arena”da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə “Keşlə”nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov “Soçi”ni yenidən önə keçirib.

 

İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan “Keşlə” Konfrans Liqası ilə vidalaşıb.

 

“Sumqayıt” “Kapital Bank Arena”da Serbiyanın “Çukariçki” komandası ilə üz-üzə gəlib. Görüş “gənclik şəhəri” təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb.

 

Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən “Sumqayıt” da Konfrans Liqası ilə vidalaşmalı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?