Modern.az

Azərbaycan ekoloqlarından türkiyəli həmkarlarına dəstək

Azərbaycan ekoloqlarından türkiyəli həmkarlarına dəstək

Aktual

2 Avqust 2021, 15:00

Türkiyədə baş verən meşə yanğınları ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Ekoloji Şurasının üzvləri bəyanat yayıblar.

 

Modern.az xəbər verir ki, bəyanatda deyilir:

 

“Qardaş Türkiyədə bir neçə gündür davam edən meşə yanğınları bizi də dərindən kədərləndirdi və sarsıtdı.

 

Biz - İctimai Ekoloji Şuranın üzvləri, ekoloqlar və meşəçilər olaraq insanlığa, meşələrə və təbiətə qarşı yönələn bu ekoloji terroru qətiyyətlə qınayırıq, hər zaman olduğu kimi bu çətin məqamda da qardaş ölkənin yanındayıq.

 

Meşə yanğınları ilə mübarizədə türkiyəli həmkarlarımıza dəstəyik və hər cür yardım göstərməyə, fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün qüvvələrimizi, imkanlarımızı səfərbər etməyə, meşələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?