Modern.az

Turan Bayramov məğlub oldu - YENİLƏNİB

Turan Bayramov məğlub oldu - YENİLƏNİB

Aktual

5 Avqust 2021, 08:20

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio Olimpiadasında ikinci görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz dörddəbir final mərhələsində Frank Çamizoya (İtaliya) məğlub olub.


İlk görüşdə T.Bayramov Ukrayna təmsilçisi Vasil Mixaylovdan üstün olub.

 

Xatırladaq ki, ölkəmizin aktivinə üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.

 

***

 

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

 

Modern.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla üz-üzə gəlib.

 

Rəqibinə qalib gələn Bayramov 1/4 finala yüksəlib. O, növbəti raundda Frank Çamizo (İtaliya) ilə görüşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi