Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi Türkiyəyə yola düşüb.
Modern.az xəbər verir ki, qardaş ölkədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu avqustun 5-də saat 10:00-da yola salınacaq.
Qeyd edək ki, yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən daxildir.