Modern.az

Karantin qaydalarını pozan şadlıq evi cərimələndi

Karantin qaydalarını pozan şadlıq evi cərimələndi

Aktual

5 Avqust 2021, 08:41

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Elnur” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonaq iştirak etməsi müəyyən olunub.

 

Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi