Modern.az

Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın

Aktual

5 Avqust 2021, 08:43

Bakının Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, ümumi sahəsi 35 m² olan mənzilin mətbəxində 3 p.m mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb.

 

Yüksək temperaturdan lambirindən ibarət tavanı 8 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?