Modern.az

Mariya Stadnik yarımfinalda -YENİLƏNİB

Mariya Stadnik yarımfinalda -YENİLƏNİB

Aktual

6 Avqust 2021, 07:56

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, idmançımız 1/4 finalda Tunis təmsilçisi Sarra Hamdi ilə üz-üzə gəlib.

 

Rəqibinə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələn Stadnik yarımfinala vəsiqə qazanıb.

 

***

 

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Modern.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib.

 

Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib.

 

O, növbəti raundda Tunis təmsilçisi Sarra Hamdi ilə qarşılaşacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?