Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Modern.az xəbər verir ki, idmançımız 1/4 final mərhələsində qazaxıstanlı Daulet Niyazbekovla üz-üzə gəlib.
Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb.
***
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Modern.az-ın məlumatına görə, 65 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn H.Əliyev 1/4 finala vəsiqə qazanıb.
O, növbəti raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşəcək.