Modern.az

Marneulidə yaşlı qadının əl-qolunu bağlayaraq evini soydular

Marneulidə yaşlı qadının əl-qolunu bağlayaraq evini soydular

Aktual

26 Sentyabr 2021, 10:05

Marneuli rayonunun Şulaveri qəsəbəsində oğurluq hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə ötən gecə baş verib. Belə ki, Şulaveri qəsəbəsində olan evlərdən birində tək yaşayan 80 yaşlı qadının evinə 3 nəfər soyğunçu daxil olub və yaşlı qadının əl-qolunu bağlayıb onu bıçaqla hədə-qorxu gəliblər.

 

Yaşlı qadını ölümlə hədələyən soyğunçular, evdə olan pul və zinət əşyalarını oğurlayıblar. Məlumata əsasən, Daxili İşlər Nazirliyi faktla bağlı istintaq başladıb, lakin hələlik saxlanılan olmayıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...