Modern.az

Bu ünvanlarda hərəkət təhlükəsizliyinin səviyyəsi artırıldı - VİDEO

Bu ünvanlarda hərəkət təhlükəsizliyinin səviyyəsi artırıldı - VİDEO

Aktual

29 Sentyabr 2021, 19:54

Vətəndaş rahatlığı nəzərə alınaraq daha iki ünvanda piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, piyada təhlükəsizliyi və rahatlığının təmin edilməsinə hər zaman xüsusi həssaslıqla yanaşan Bakı Nəqliyyat Agentliyi tərəfindən “8 Noyabr” prospektində 4 hərəkət zolağından ibarət yolda yerləşən mövcud nizamlanmayan eyni səviyyəli piyada keçidinin yeri optimallaşdırılıb və xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb.

 

Bununla yanaşı Mərdəkan qəsəbəsi, Sergey Yesenin və Almas İldırım küçələrinin kəsişməsində mövcud eyni səviyyəli piyada keçidlərinin yerləri optimallaşdırılıb və sözügedən eyni səviyyəli piyada keçidlərinin önündə panduslar inşa olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı