Modern.az

"Qarabağ" "Omoniya"ya qarşı

Aktual

30 Sentyabr 2021, 08:20

"Qarabağ" bu gün II turda Kiprdə “Omoniya”nın qonağı olacaq.

 

Modern.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu “Qarabağ” komandası UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

 

Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq. Nikosiyadakı GSP stadionunda oynanılacaq matç FIFA referisi Bobbi Maddenin rəhbərliyi altında Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

 

Ağdam təmsilçisi meydana itkilərlə çıxacaq. Oyundan iki gün əvvəl əzələsini dartan İsmayıl İbrahimli, zədədən sonra məşqlərə yenicə başlayan Bədavi Hüseynovla Elvin Cəfərquliyev və əməliyyat olunan Xayme Romero meydana çıxa bilməyəcək.

 

Meydan sahiblərində isə Miks Diskerud və Yannis Kusulosun matçı buraxacağı dəqiqdir. Digər oyunçu Erik Boteakın durumu isə hələlik bəlli deyil.

 

"Omoniya" I turda Qazaxıstanda "Kayrat"la, "Qarabağ" isə Bakıda İsveçrə "Bazel"i qolsuz heç-heçəyə razılaşıb. H qrupunun digər görüşündə "Bazel" "Kayrat"ı qəbul edəcək.

 

UEFA Konfrans Liqası

 

H qrupu

 

23:00. "Omoniya" (Kipr) - "Qarabağ" (Azərbaycan)

 

Baş hakim: Bobbi Madden (Şotlandiya)

 

Nikosiya. GSP stadionu.

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı