Modern.az

“Açıq mikrofon” bu dəfə Hövsanda

“Açıq mikrofon” bu dəfə Hövsanda

Aktual

30 Sentyabr 2021, 12:23

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Bakının Hövsan qəsəbəsində təşkil olunacaq.

 

Modern.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qəsəbənin quşçuluq və istixana sahiblərinin problem və təklifləri dinləniləcək.

 

Hövsan qəsəbəsində (Poçtla üzbəüz) “Səyyar qəbul otağı” oktyabrın 1-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. Əsas məqsəd sahibkarlıq subyektlərinin daha rentabelli olmasını, daha rahat işləməsini, daha dayanıqlı olmasını təmin etməkdir. “Azəriqaz” İB olaraq sahibkarlara bu istiqamətdə mümkün olan hər bir dəstək verilir və bundan sonra da davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı