Modern.az

Azərbaycana gələn əcnəbilərin SAYI

Azərbaycana gələn əcnəbilərin SAYI

Aktual

28 Oktyabr 2021, 09:20

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda hazırladığı “İslahat İcmalı” hesabatında bildirilib.

 

Sənəddə qeyd olunub ki, bu ilin ötən dövründə ölkəyə 515 280 əcnəbi gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 % (2020-ci ildə 686 303 nəfər) azdır. Senrtyabr ayında isə Azərbaycana 72 686 nəfər əcnəbi səfər edib. Bu göstərici ötən ilin müvafiq ayında 36 531 nəfər olub, yəni 99 % artım qeydə alınıb.

 

Sentyabr ayında Azərbaycana ən çox Türkiyə (20 186 nəfər), Rusiya (18 967), İran (16 270), Gürcüstan (5 503), Ukrayna (1 270) vətəndaşları səfər edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir