Modern.az

9 ayda Azərbaycanda çəkilən yollar - SİYAHI

9 ayda Azərbaycanda çəkilən yollar - SİYAHI

Aktual

28 Oktyabr 2021, 13:42

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 9 aylıq hesabatı açıqlayıb.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, 2021-ci ilin 9 ayı ərzində 540 km uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib:

 

Respublika əhəmiyyətli                 - 103.5 km;

 

Yerli əhəmiyyətli                             -  312.5 km;

 

Bakı şəhər yolları                           -  124   km.

 

 

2021-ci ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib:

 

“Zəfər Yolu” üzərində 4;

 

İsmayıllı rayonunda 4.

 

 

2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib:

 

Qala-Pirallahı avtomobil yolunun 3.6 km-də uzunluğu 76.7 metr;

 

Ziya Bünyadov prospektində 90 metr uzunluğunda.

 

 

2021-ci ilin 9 ayı ərzində ümumi uzunluğu 138.3 km olan 8 avtomobil yolunun tikintisi başa çatdırılıb:

 

Goranboy rayonu, Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolu. Uzunluğu 38 km;

 

Ağcabədi rayonu, Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolu. Uzunluğu 41 km;

 

Tərtər rayonu, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolu. Uzunluğu 11 km;

 

Ağstafa rayonu, Böyük Kəsik-Ağgöl avtomobil yolu. Uzunluğu 5 km;

 

Qusar rayonu, Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolu. Uzunluğu 12.5 km;

 

İsmayıllı rayonu,  Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu. Uzunluğu 13 km;

 

Salyan rayonu, Salyan-Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yolu. Uzunluğu 15.3 km;

 

Şabran rayonu, Padar avtomobil yolu. Uzunluğu 2.5 km.

 

Rəsmi məlumata görə, eyni zamanda Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61.68 km uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilib;

 

Bakı şəhəri, Yasamal rayonu Qanlı Gölün qərb hissəsində uzunluğu 1.3 km olan və sosial evlərə qədər yeni avtomobil yolunun tikintisi başa çatdırılıb;

 

Vətən müharibəsi dövründə Goranboy rayonunda 17.7 km, Tərtər rayonunda 9 km, Daşkəsən rayonunda 1.5 km və Naftalan rayonunda 16 km uzunluğunda avtomobil yollarına və yol qurğularına dəymiş zərər aradan qaldırılıb.

                                            

 

2021-ci ilin 9 ayı ərzində Bakı şəhərinin 12 rayonu ərazisində ümumi uzunluğu 124 km olan şəhər və qəsəbə daxili yollar yenidən qurulub və təmir edilib:

 

        - Nərimanov rayonu - 8.89 km;

 

        - Binəqədi rayonu   – 12.9 km;

 

        - Suraxanı rayonu   – 11.8 km;

 

        - Qaradağ rayonu     – 6.6 km;

 

        - Xəzər rayonu       – 16.3 km;

 

        - Xətai rayonu         - 11,4 km;

 

        - Yasamal rayonu  – 3.98 km;

 

        - Sabunçu rayonu    – 5.7 km;

 

        - Nəsimi  rayonu      – 3.6 km;

 

        - Nizami rayonu       – 5.5 km;

 

        - Səbail rayonu        – 7.8 km;

 

        - Pirallahı rayonu         - 2 km.

 

 

Hesabat dövründə 16 kəndlərarası avtomobil yolu layihəsinin, Şamaxı rayonunun və Naftalan şəhərinin daxili yollarının, Bakı şəhərində qəsəbədaxili yolların yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib.

 

 

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 152 km, 4 hərəkət zolaqlı);

 

M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi  hissəsinin 4 zolağa genişləndirilməsi (130.15 km, 4 hərəkət zolaqlı)

Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində yolların tikintisi və Nobel prospekti üzərində piyada körpüsünün tikintisi;

 

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi;

 

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47.2 km);

 

Ələt-Astara-İran İslam Respublikası  ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi;

 

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24.5 km olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisi;

 

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi;

 

Susay-Xınalıq avtomobil yolunun tikintisi (34.8 km);

 

Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yolunun tikintisi (21 km) işləri davam etdirilib.

 

 

Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında:

 

693 yol nişanı,

 

6 927 siqnal dirəyi,

 

2328 p/m əyrixətli tirlər quraşdırılıb və bərpa edilib;

 

1301.7  min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.

 

                  

2021-ci ilin 9 ayı ərzində AAYDA-nin “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-ləri tərəfindən magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 74 590 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!