Modern.az

Gəncədə şəhidlər anıldı - FOTO

Gəncədə şəhidlər anıldı - FOTO

Aktual

28 Oktyabr 2021, 13:40

Oktyabrın 26-27-də 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımız – Nurlan Bağırovun, Elnur Məmmədov, Mirmuraz Cəfərov , Elməddin Namazovun Gəncə şəhərində anım mərasimləri keçirilib.

 

Modern.az xəbər verir ki, anım mərasimlərində Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, Gəncə şəhər Nizami rayonunun İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Gəncə şəhər Kəpəz rayonunun İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Şəhidlərimizin Gəncə Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunaraq ruhuna dualar edilib, şəhid olmuş igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub. Tədbirlərdə Vətən müharibəsində Azərbaycan oğullarının şücaətindən, yağı düşmənin torpaqlarımızdan qovulub çıxarılması yolunda canlarını fəda etmiş şəhidlərin igidliyindən danışılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir