2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqladığı 9 aylıq hesabatda bildirilib.
Qeyd edilib ki, qəzalar zamanı:
- 6 055 p/m əyrixətli tirlər,
- 65 p/m beton bardür,
- 177 p/m mühafizə çəpəri,
- 20 işıq dirəyi,
- 15 yol nişanı,
- 4 məlumat lövhəsi,
- 3 dayanacaq,
- 18 səsboğucu lövhə,
- 1 hidravlik baryer və mühərriki,
- 164 m2 alkapon üzlük,
- 25 m körpü məhəccəri yararsız hala düşüb.
Hesabat dövründə yol təsərrüfatına 572.2 min manat məbləğində maddi ziyan dəyib ki, bundan 405.7 min manatı (70.9 %) ödənilib:
“Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərin,
3 yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillərin sığortası olmadığına görə məhkəmələrə, 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların tapılması məqsədilə BDYPİ-nə müraciət olunub”.