Modern.az

İranda məktəb divarı aşdı - Məktəblilər yaralandı

İranda məktəb divarı aşdı - Məktəblilər yaralandı

Aktual

30 Oktyabr 2021, 17:24

İranın şimal-şərqində yerləşən Gülüstan vilayətinin Əliabad Kətul rayonunda məktəb divarının aşması nəticəsində 14 nəfər yaralanıb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Gülüstan vilayətinin Qırmızı Aypara Cəmiyyətinin direktoru Fərhad Miqani deyib.

 

Onun sözləirnə görə, yerli vaxtla 09:44 radələrində baş verən hadisədə 11 məktəbli və 3 müəllim yaralanıb. Hazırda xəstəxanada yaralılar müalicə olunurlar.

 

Hadisəyə səbəb məktəbin yanında tikinti işləri ilə əlaqədar qanunsuz qazıntı işlərinin aparılması olub. Hadisə ilə əlaqədar indiyədək 2 nəfər saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir