Modern.az

2,7 milyonluq almaz tapıldı

2,7 milyonluq almaz tapıldı

Aktual

31 Oktyabr 2021, 09:15

İngiltərə və İsveç sərhədindəki Norsumberlənd bölgəsində adı açıqlanmayan yaşlı qadın 2,7 milyon dollarlıq almaz tapıb.

 

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, yaşlı qadının xadiməlik etdiyi evdə bəxt üzünə gülüb.

 

Belə ki, o evi təmizləyərkən bahalı almaz üzüyün ona "gülümsədiyini" görüb.

 

Yaşlı qadın əvvəlcə tapdığı sərvətin adi üzük olduğunu düşünüb.

 

Sonra onu satmaq üçün zərgərə apararkən 34 karatlıq almaz olduğunu eşidib.

 

Qadının tapdığı qiymətli üzük 30 noyabrda Londonun "Featonby" daş-qaş evində auksiona çıxarılacaq.

Turan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir