Modern.az

Əfqanıstanda iranlı jurnalistlərə hücum

Əfqanıstanda iranlı jurnalistlərə hücum

Aktual

31 Oktyabr 2021, 09:25

İranın dövlət televiziyasının Əfqanıstana ezam olunan çəkiliş qrupuna silahlı hücum edilib.

 

Modern.az  İran mediasına istinadla xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində çəkiliş apararkən jurnalistlərə yaxınlaşan naməlum şəxs onlara qəflətən atəş açıb.

 

Nəticədə televiziyanın operatoru 7 güllə yarası alıb. Yaralanan operator təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti sabit-ağır olaraq qalır.

 

İranın Xarici İşlər Nazirliyi “Taliban” hərəkatına müraciət edərək cinayətkarların tutulub cəzalandırılmasını tələb edib. Əfqanıstanın “Taliban” hökuməti cinayətkarların cəzasız qalmayacağını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir