Gürcüstanın Calencixi bölgəsində səslərin çox hissəsi sayılıb və səslərin hesablanması nəticəsində burada "Vahid Milli Hərakat"ın namizədi qalib gəlib.
Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. MSK-nın dərc etdiyi məlumata görə, Calencixidə nəticələr aşağıdakı kimi bölüşdürülür:
“Vahid Milli Hərəkat”ın namizədi Giorgi Xarçilava 51,24%,
“Gürcü Arzusu”nun namizədi Goga Gulordava isə 48,76% səs toplayıb.
Qeyd edək ki, Calencixidən başqa digər bələdiyyələrdə “Gürcü Arzusu”nun mer vəzifəsinə namizədləri səs çoxluğu qazanıb.
Turan