Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 30-da keçirilmiş təkrar seçkilərin bəzi dairələr üzrə ilkin nəticələrini açıqlayıb.
Modern.az xəbər verir ki, paytaxt Tbilisi üzrə yaradılmış 769 seçki məntəqəsinin 768-də və ya 99,87 faizində səslər sayılıb.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze 55,6 faiz səs toplayaraq yenidən Tbilisinin meri seçilib.