Balakən rayonunda ağır yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.
Modern.az xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonun Qazbinə kəndindən keçən hissəsində "Mercedes" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması zamanı "Mercedes"in sürücüsü, 41 yaşlı Elçin Şirinov, "VAZ-2107-nin sürücüsü, 58 yaşlı Kazım Osmanov və həyat yoldaşı 54 yaşlı Xanım Osmanova xəsarət alıblar.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.