Modern.az

Rusiyada iki azyaşlı bacı öldürüldü

Rusiyada iki azyaşlı bacı öldürüldü

Aktual

31 Oktyabr 2021, 12:25

Rusiyada iki azyaşlı bacı öldürülüb. 

 

Modern.az “RİA Novosti” xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 05.00 radələrində Tuvanın paytaxtı Kızılın Lopsançapa küçəsində baş verib.

 

Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir ki, 9 və 14 yaşlı bacılara çoxsaylı xəsarət yetirilib. 9 yaşlı qız hadisə yerində, 14 yaşlı qız isə xəstəxanada ölüb.

 

Bacıları öldürməkdə şübhəli sayılan Tuva Respublikasının Tes-Xemsk rayonunun 23 yaşlı sakini saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir