Modern.az

Ən iri neft şirkətinin xalis mənfəəti

Ən iri neft şirkətinin xalis mənfəəti

Aktual

31 Oktyabr 2021, 14:08

Səudiyyə Ərəbistanının Dövlət Neft Şirkəti “Saudi Arabian Oil Co.” (“Aramco”)nun 2021-ci ilin üçüncü rübündə xalis mənfəəti bir il əvvəlki 11,8 milyard ABŞ dollarına qarşı 30,4 milyard ABŞ dolları təşkil edib.

 

Modern.az  "CNN"ə istinadla xəbər verir ki, beləliklə, artım 158 faiz və ya 2,6 dəfə olub. 

 

Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

 

Mənfəətin artımı birbaşa neftin qiymətinin artması ilə bağlıdır. Şirkət 2021-ci ilin üçüncü rübündə səhmdarlara dividendlər üçün 18,8 milyard ABŞ dolları yönəldəcək.

 

“Saudi Aramco”nun hesabat dövründə sərbəst pul axını illik müqayisədə 3 dəfə artaraq 28,7 milyard ABŞ dolları təşkil edib.

 

Üçüncü rübdə “Saudi Aramco”nun karbohidrogen hasilatı gündə orta hesabla 9,5 milyon barel neft də daxil olmaqla, gündəlik neft ekvivalentində 12,9 milyon barel təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir