Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden Romada ikitərəfli görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.
Bildirilib ki, Romada keçirilən “Böyük iyirmiliyin” (G20) G20 Liderlərinin Sammiti çərçivəsində keçiriləcək görüş 12:10-da baş tutub.
Mətbuata qapalı görüşdə Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu müşayiət edib.
Ərdoğanla Baydenin görüşü başa çatıb. Liderlərin görüşü 1 saat 5 dəqiqə davam edib.
