Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Qazbinə kəndindən keçən hissəsində qeydə alınıb.
Balakən rayonunun Hənifə kənd sakini Elçin Çingiz oğlu Şirinovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə rayonun Mahamalar kənd sakini, 1962-ci il təvəllüdlü Kazım Şəmsəddin oğlu Osmanovun idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Elçin Şirinov, Kazım Osmanov və Kazım Osmanovun avtomobilində sərnişin qismində olan onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xanım Ömər qızı Osmanova Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq Kazım Osmanov aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.