Modern.az

Senator erməni terroru qurbanlarının xatirəsini andı

Senator erməni terroru qurbanlarının xatirəsini andı

Aktual

31 Oktyabr 2021, 15:44

Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Gəncə şəhərinə səfər edib.

 

Modern.az xəbər verir ki, dostluq qrupunun rəhbəri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkib.

 

Antonio Anastasiyaya erməni terroru barədə məlumat verilib. Qonaq həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya dil uzadan Saral payını aldı - Ərdoğan niyə indi onu qovdu?